Rusiya Srebrenitsada soyqırım qəbul edib

Rusiyanın Bosnya Hersoqovinadakı səfiri Petar İvançov Srebrenitsada soyqırım baş verdiyini ilk dəfə olaraq qəbul edib.

309077
Rusiya Srebrenitsada soyqırım qəbul edib

Rusiyanın Bosnya Hersoqovinadakı səfiri Petar İvançov Boşnya qəzetlərinin birinə verdiyi müsahibəsində Srebrenitsada soyqırım baş verdiyini ilk dəfə olaraq qəbul edib.
İvançov müsahibəsində "beynəlxalq məhkəmələr tərəfindən tanınan bu soyqırımı biz də inkar etmirik" deyə bildirib. Mütəxəssislər bu açıqlamanın İngiltərənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edəcəyi Srebrenitsa layihəsi öncəsi çox əhəmiyyətli olduğunu söyləyir.
Digər tərəfdənsə Serb Respublikasının Prezidenti Milorad Dodikin bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə Təhlükəsizlik Şurasında İngiltərə layihəsini veto etməsini istəyəcəyi bildirilir.
Xatırladaq ki, İngiltərənin təqdim etdiyi layihənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müzakirəsi iyulun 7-də nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr