ABŞ 2016-ci ildə keçiriləcək Prezident seçkilərinə hazırlaşır

Demokrat Partiyasının namizədi Hillari Klinton ilk böyük mitinqini New Yorkda keçirib.

303562
ABŞ 2016-ci ildə keçiriləcək Prezident seçkilərinə hazırlaşır

Amerikanın sabiq Prezidenti Bill Clintonun həyat yoldaşı və ABŞ-ın sabiq Dövlət katibi Hillari Rodham Klintonun mitinqinə vətəndaşların marağı böyük olub.
Klinton etdiyi çıxışda, xüsusilə də orta sinifin problemlərinin həllinə istiqamətli mesajlar verib.
İşçilərə daha yaxşı şərait və vergilərin azalmasına söz verən Klinton, vətəndaşların dastəyini istəyib.
Qeyd edək ki, Hillari Klinton Prezident seçkilərində Martin Omeli və Bernie Sanders ilə yarışacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr