İsrail həbsxanalarında xəstələrə də aman yoxdur

İsrail həbsxanalarındakı fələstinli məhbusların sayı 7 minə çatıb. Bunların 600-ü xəstədir, amma İsrail hökuməti icazə vermədiyi üçün müalicə ala bilmir.

302025
İsrail həbsxanalarında xəstələrə də aman yoxdur

  Fələstin vətəndaş cəmiyyəti təşkilatları çoxu xərçəng və şəkər xəstəsi olan məhbusların müalicəsi üçün böyük dövlətlərdən İsrailə təzyiq edilməsini istəyir.

  Fələstin Qurtuluş Təşkilatına bağlı Əsirlərə dair İşlər üzrə Ali Təşkilatın sədri İsa Karakı İsrail cəza evlərindəki fələstinli məhbusların azad edilməsi üçün daha çox ərəb ölkələrindən, sonra ABŞ-dan dəstək gözlədiklərini bildirib.

  Qeyd edək ki, İsrail gizli təhlükəsizlik idarəsi "inzibati həbs" adı altında fələstinliləri tutub 1-6 ay müddətinə saxlayır, bu zaman ərzində məhkəməyə verib cinayətdə təqsirli hesab edərək həbs müddətlərini 5 ilə qədər uzadır, nəticədə İsrail həbsxanalarında fələstinli məhbusların sayı günbəgün artaraq minləri keçir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr