İsrail əsgərləri daha bir fələstinlini öldürüb

İsraildə aclıq aksiyası keçirən 3 fələstinlinin birinin vəziyyəti isə ağırdır.

299326
İsrail əsgərləri daha bir fələstinlini öldürüb

İsrail əsgərləri Qərbi Səriyəda Cenin mühacir düşərqəsinə təşkil etdikləri hücum nəticəsində bir fələstinli həyatını itirib. Şahidlərin məlumatına görə, düşərqəyə basqın təşkil edən İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma baş verib. Hadisə zamanı İzzəddin Gara adlı fələstinli gəncin yaralandığı bildirilib.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən gənc həyatını itirib.
Bu arada İsraildə həftələrdir qanunsuz olaraq nəzarətdə saxlanılan və aclıq aksiyası keçirən 3 fələstinlinin birinin vəziyyəti ağırdır. Fələstin höküməti isə 36 gündür aclıq aksiyası keçirən gəncin öləcəyi təqdirdə İsrail hökümətini məsul tutacaqlarını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr