Hǝbs edilǝn 3 ingilis sərbəst buraxılıb

Türkiyədən qeyri-qanuni yollardan Suriyaya keçməyə cǝhd edǝrkǝn saxlanaraq geri göndǝrildiklǝri İngiltərədə hǝbs edilǝn 3 ingilis sərbəst buraxılıb.

298477
Hǝbs edilǝn 3 ingilis sərbəst buraxılıb

Türkiyədən qeyri-qanuni yollarla Suriyaya keçməyə cǝhd edǝrkǝn saxlanaraq geri göndǝrildiklǝri İngiltərədə hǝbs edilǝn 3 ingilis sərbəst buraxılıb.
London polis idarǝsinin mǝlumatına ǝsasǝn, rǝsmilǝrlǝ keçirilən görüşlǝrdǝn sonra mart ayında Türkiyədə tutularaq ölkələrinə göndərilən və terror günahı şübhəsiylə hava limanında nəzarətə alınan 3 ingilis vətəndaşının sərbəst buraxıldığı bildirilib.
3 ingilis vətəndaşı İspaniyanın Barcelona şəhərindən təyyarə ilə gəldikləri İstanbul Sabiha Gökçen hava limanında Türk səlahiyyətlilər tərəfindən saxlanılmışdı.
İngiltərədən Suriya və İraqa səyahət edən ingilis vətəndaşlarının ümumilikdǝ terror təşkilatı DEAŞ tərəfindǝ döyüşmək üçün gǝldiklǝri güman edilir.
İngilis polisi keçən il ümumilikdǝ Suriya ilə ǝlaqǝsi olan 200-dən çox adamı terror şübhəsiylə nəzarətə almışdı.
Ölkədə fevral ayında terror təhdidinin qarşısının alınmasına dair "Terrorla Mübarizə və Təhlükəsizliyǝ dair Qanun" qüvvəyə mindi.
Bu qanun ingilis vətəndaşlarının Suriya və İraqa getmǝlǝrinin qarşısını almaq üçün hazırlanmış və sərhəd mǝntǝqǝlǝrindǝ vǝzifǝli polislǝri pasportları müsadirǝ etmǝk kimi səlahiyyətlərlǝ təmin etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr