Malayziyada 5,9 bal gücündǝ zǝlzǝlǝ olub

Ölkǝnin Sabah ştatında yaranan zəlzələ nəticəsində 11 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

293896
Malayziyada 5,9 bal gücündǝ zǝlzǝlǝ olub

Ölkǝnin Sabah ştatında yaranan zəlzələ nəticəsində 11 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Ölənlərdən biri sinif yoldaşları ilə bu kurort zonasına istirahətə gəlmiş sinqapurlu 12 yaşlı məktəbli qızdır. Xilasetmə orqanlarının bildirdiyinə görə, yüksək dağlıq ərazidən endirilmiş turistlər arasında 10 nəfər xəsarət alan var. Onlardan üçünün vəziyyəti ağırdır.
Zəlzələnin ocağının Kinabalu dağından 54 km aralıqda vǝ 10 km dǝrindǝ olduğu bildirilib. Polisin yaydığı məlumatda şəhər xəstəxanasının, məktəbin, polis idarəsinin və bir neçə evin zərər çəkdiyi bildirilir. Yeraltı tǝkanların 30 saniyǝyǝ yaxın davam etdiyi mǝlumat verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr