Braziliya millət vəkilləri Fələstində

Fələstin dövlət başçısı Mahmud Abbas Braziliya Parlamentinin sədri Eduardo Konsentino Кunha (Concentino Cunha) və Braziliyanın bütün partiyalarından ibarət millət vəkilləri heyətini qəbul edib.

293515
Braziliya millət vəkilləri Fələstində

 Fələstin rəsmi xəbər agentliyi Vafanın (Wafa) məlumatına görə, Abbas və Kunha İsrail hökumətinin siyasəti ucbatından tıxanan siyasi proses və beynəlxalq qərarların həyata keçirilməməsindən danışıblar.

 Fələstin prezidenti Mahmud Abbas bu barədə belə deyib: "Fələstin tərəfi iki dövlətli həll prinsipi üzərində inşa edilən, paytaxtı Qüds olan və 1967-ci il sərhədləri içində müstəqil Fələstin dövləti qurulmasını nəzərdə tutan sülh danışıqlarının müvəffəqiyyətə başa çatması üçün üzərinə düşən hər şeyi edib. Amma İsrailin yəhudi məskunlaşma yeri siyasəti yeritməsini davam etdirməsi, iki dövlətli həll qanununu rədd etməsi beynəlxalq cəmiyyətin siyasi prosesi başlamaq üçün göstərdiyi bütün səyləri uğursuz edir".

 Mahmud Abbas Braziliyanın Fələstin xalqını dəstəklədiyindən məmnunluğunu dilə gətirərək ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək istədiklərini bildirib.

 Braziliya Parlamentinin sədri Eduardo Kunha da öz növbəsində Braziliya Parlamentinin ədalətli sülhün təmin edilməsi üçün köməyə hazır olduğunu dilə gətirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr