Batan gəmidəkilərin artıq nə ölüsündən xəbər var, nə dirisindən

Çinin cənub-şərqindəki Hubei əyalətinin Yantszı çayında burulğana düşərək qəzaya uğrayan gəmi ilə bağlı axtarış-xilasetmə işləri 4 gündür ki, fasiləsiz olaraq davam edir. Amma artıq ümidlər tükənib.

293468
Batan gəmidəkilərin artıq nə ölüsündən xəbər var, nə dirisindən

  456 adamı daşıyan “Dəniz ulduzu” tur gəmisindən bu ana qədər yalnız 14 adam xilas olunub. Ölü sayı 97-dir, 345 adamın nə ölüsündən, nə də dirisindən xəbər yoxdur.

  Dalğıclar tərs dönmüş gəmidə dəliklər açaraq içinə girsələr də, yenə qurtarılan olmayıb.

  Xilas olanların xəstəxanada müalicələri davam edir.

  Ailələr yaxınları üçün narahat anlar yaşayır.

  Qəzada ölənlərin şəxsiyyətinin təsbiti üçün 1200 adamdan DNT nümunəsi alınıb.

  Gəminin batma səbəbini araşdıran mütəxəssislər çay gəmilərinin dalğa və küləyə qarşı müqavimətlərinin aşağı olduğunu söyləyərək “Dəniz ulduzu” tur gəmisinin bu səbəbdən burulğana tab gətirməyərək batdığını deyirlər.

  Hal-hazırda 2 min 200 tonluq gəmini hər biri 500 ton qaldırma gücünə malik yük qaldırıcıları ilə tərsindən üzünə çeviriblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr