Fələstinlə siyasi uzlaşma olmazsa…

“Fələstin xalqının həyat şərtləri mühasirə, embarqo və bombardmanlar altında getdikcə pisləşir”.

291729
Fələstinlə siyasi uzlaşma olmazsa…

  BMT-nin Baş katibi Ban Ki Mun bu sözləri BMT Baş Assambleyası tərəfindən təşkil edilən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Yardım Agentliyinin (UNRWA) 65-ci ildönümü münasibətilə olan konfransında çıxışı zamanı söyləyib və Yardım Agentliyinin Qəzza, Qərbi Şəriyə və digər yerlərdə köməyə möhtac fələstinlilərə verdiyi dəstəkdən danışıb.

  Fələstinlilərin həyat şərtlərinin çətinliyinə toxunan Ban Ki Mun Qəzzada son bir ildə vətəndaşlara və ictimai təşkilatlara edilən hücumlardan bəhs edərək deyib: “Qəzza getdikcə xəyal qırıqlıqlarının artdığı, barıt çəlləyinə döndüyü və hirs fitilinin hər an alovlandığı bölgə olub. Çox təcili hərəkətə keçmək lazımdır".

  Ban Ki Mun Qərbi Şəriyədə yaşayan fələstinlilərin də Qəzzadakılara bənzər ağrı-acılar yaşadığını söyləyib.

  Fələstinli qaçqın sayının artdığına diqqət çəkən Ban beynəlxalq cəmiyyətləri Fələstinli Mühacirlərə Yardım Agentliyinə (UNRWA) daha çox dəstək verməyə çağırıb.

  Problemin ancaq siyasi dialoqla həll edilə biləcəyini söyləyən Ban Ki Mun bunu da qeyd edib ki, “Siyasi uzlaşma olmayana qədər beynəlxalq cəmiyyətlər fələstinlilərə humanitar yardım dəstəyini davam etdirməlidir”.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr