Macarıstan bunu edərsə, Avropa İttifaqından ayrı düşə bilər

Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Yunker (Jean-Claude Juncker) Macarıstanın Baş naziri Viktor Orbanın ölkədə edam cəzasının geri qaytarılmasıyla bağlı müzakirə açmasını tənqid edib.

301211
Macarıstan bunu edərsə, Avropa İttifaqından ayrı düşə bilər

  Bir alman qəzetinə verdiyi müsahibədə Yunker: “Macarıstan bunu edərsə, Avropa İttifaqından ayrılmasına səbəbi olar” deyib.

  Xatırladaq ki, Avropa İttifaqına 2004-cü ildə üzv olan Macarıstanda edam cəzası 1990-cı ildə kommunizmin süqutundan az sonra aradan qaldırılmışdı.

  Ölkədə aprel ayında işlənən bir sıra cinayət hadisəsindən sonra Macarıstanın Baş naziri Viktor Orban edam kimi ağır cəzaların yenidən tətbiq edilməsinin lazım olduğunu söyləyib.

  Bu arada, Jan Klod Yunker Yunanıstan və İngiltərənin də Avropa Birliyi üzvlüyü məsələlərinə toxunub. Yunanıstanın İttifqdan ayrılma ehtimalının olmadığını, sadəcə bugünkü real vəziyyətini "Yunanıstanın bacarıqsızlığı" adlandırıb. Eyni zamanda, heç ingilislərin də İttifaqdan ayrılmaq istəmədiklərinə inandığını vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr