Maros Sefcovicdәn xәzәr dәnizi leyihәsinә dәstәk

Maros Sefcovic Türkmənistan təbii qazının Xəzər dənizi ilə Avropaya nəqlinə dəstək verdiklərini bildirib.

300109
Maros Sefcovicdәn xәzәr dәnizi leyihәsinә dәstәk

Avropa Komissiyasının Enerji İttifaqı üzrə vise-prezidenti Maros Sefcovic Türkmənistan təbii qazının Xəzər dənizi ilə Avropaya nəqlinə dəstək verdiklərini bildirib.
Sefcovic verdiyi açıqlamada bu layihənin, bölgədəki problemlərin həllinin bir parçası ola biləcəyini vurğulayb.
May ayının əvvəli Türkmənistanda keçirilən Türkiyə-Türkmənistan-Aİ-Azərbaycan dörd tərəfli görüşün iyul ayının əvvəli Qazaxıstanın paytaxtı Astanada da keçiriləcəyini xatırladan Sefcovic “Həm Türkmənistan, həm də Azərbaycan tərəfi Türkmənistan qazının Avropaya, Xəzər dənizindən Türkiyə vasitəsilə nəqli mövzusunda həmfikirdir, bu әmәkdaşlığı bölgədəki vəziyyəti daha da yaxşılaşdıracaq, Avropa İttifaqı olaraq biz də bu inkişaflara tam dəstək veririk” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr