Әcnəbi terrorçuların sayı 70 faiz artıb

BMT baş katibi Pan Gi Mun ötən il yayın ortasından bu ilin mart ayınadək DAİŞ və digər terror qruplaşmalarının tərkibində döyüşən əcnəbi terrorçuların sayının 70 faiz artdığını bildirib.

297763
Әcnəbi terrorçuların sayı 70 faiz artıb

BMT baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, ötən il yayın ortasından bu ilin mart ayınadək DAİŞ və digər terror qruplaşmalarının tərkibində döyüşən əcnəbi terrorçuların sayı 70 faiz artıb.
Baş katib qeyd edib ki, Suriya, İraq, Əfqanıstan, Yəmən və Liviyaya dünyanın 100 ölkəsindən 25 mindən çox terrorçu gédib. Onlar münaqişə zamanı cəbhəlǝrdǝ terrorçuların potensialını möhkəmləndirirlər. Eyni zamanda onlar gəldikləri və qayıdacaqları ölkələr üçün ciddi təhlükə mənbəyidir. Heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz. BMT-yə üzv dövlətlər əməkdaşlığı möhkəmləndirməli, informasiya mübadiləsi aparmalı, sərhəd nəzarəti ilə bağlı güclü mexanizm hazırlamalı, habelə insan haqlarının müdafiəsi və hüquq normaları əsasında ədliyyə sistemini gücləndirməlidir.
Pan Gi Mun onu da bildirib ki, son vaxtlar DAİŞ sıralarına gənc qadınlar və qızlar da qoşulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr