ABŞ-Çin arasında gərginlik

Çin rəhbərliyi, Cənubi Çin dənizində süni adalar inşa etmə haqqı olduğunu bildirib.

296161
ABŞ-Çin arasında gərginlik

ABŞ-ın Sakit okean ölkələrinə “dənizi doldurma” əməliyyatını dayandırmaq çağırışına cavab verən Çin rəhbərliyi, Cənubi Çin dənizində süni adalar inşa etmə haqqı olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyi sözçüsü Hua Çunyinq başqa ölkələrin Çinə öz torpaqlarında nə edəcəyini söyləmə haqqı olmadığını vurğulayaraq, Vaşinqtonu bölgədə problem yaratmaqda ittiham edib. Nazirlik nümayǝndəsi Vaşinqtonun Çinin inşa etdiyi ada üzərindəki suverenlik haqqını tanımayaraq bölgədəki sabitliyin pozulmasına imza atdığını bildirib.
Qeyd edək ki, Tayvan, Çin, Malayziya, Vyetnam və Filippin neft, təbii qaz və balıqçılıq baxımından zəngin qaynaqlara sahib olan Cənubi Çin dənizindəki adalarda haqqlarının olduqlarını iddia edirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr