Leysan ABŞ əyalətlərinin altını üstünə çevirib

Amerika Birləşmiş Ştatlarının Texas və Oklahama əyalətlərində fasiləsiz yağan şiddətli yağış 16 nəfərin ölümünə səbəb olub.

290287
Leysan ABŞ əyalətlərinin altını üstünə çevirib

  Texasın ən böyük şəhəri olan Hyustonda (Houston) daşan Blanko (Blanco) çayı həyatı tamamilə yaşanılmaz hala gətirib.

  Sellər-sular yüzlərlə evi dağıdıb, ağacları qırıb, avtomobilləri sürüşdürərək sulara qarışdırıb, küçələri çaya döndərib və çox sayda insanı itkin salıb.

  Xilasetmə qrupları 500 bölgə sakinini rezin-qayıqların – botların köməyilə qurtarıb.

  Leysana görə Hyuston və Dallas hava limanlarında 170 uçuş təxirə salınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr