Boko Haram silahlılarından daha bir qırğın

Boko Haram silahlıları ölkәnin şimal-şərqindəki Borno əyalətində 43 nәfәri öldürüb.

291649
Boko Haram silahlılarından daha bir qırğın

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində Boko Haram silahlılarının təşkil etdiyi hücumda ikisi uşaq olmaqla 43 nəfər həyatını itirib.
BMT-nın açıqlamasına görə, “Boko Haram”ın 2014-ci ildən bu zamana qədər təşkil etdiyi hücumlarda Nigeriyada 7 min 300-dən çox vətəndaş həyatını itirib.
Xatırladaq ki, Nigeriya ordusu, “Boko Haram”ın nəzarətində olan bölgələri geri almışdı.
Ötən aylarda ordu, təşkilatın meşələrdə əsir tutduğu min nəfəri xilas etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr