Mursi barǝsindǝ ölüm hökmünün çıxarılmasına etirazlar davam edir

Avstriya vǝ ABŞ-da qǝrara reaksiya göstǝrilǝn nümayişlǝr keçirilib.

286029
Mursi barǝsindǝ ölüm hökmünün çıxarılmasına etirazlar davam edir

Misirin seçki nǝticǝsindǝ hakimiyyǝtǝ gǝlmiş ilk prezidenti Mǝhǝmmǝd Mursi barǝsindǝ ölüm hökmünün çıxarılmasına etirazlar davam edir.
Avstriya vǝ ABŞ-da qǝrara reaksiya göstǝrilǝn nümayişlǝr keçirilib. Nümayişlǝrǝ türklǝr dǝ dǝstǝk olublar.
Vyanada Misirin Baş konsulluğu qabağında bir araya gǝlǝn qrup qǝrarı pislǝyǝn şüarlar sǝslǝndirib.
Avstriya İslam Federasiyasının sǝdri Mǝhǝmmǝd Turxan Mursi barǝsindǝki ölüm hökmünǝ dair qǝrarın bütün isal alǝmini yaraladığını bildirǝrǝk qǝrarı qanadıqlarını söylǝyib.
ABŞ-da isǝ Nyu-Yorkda bir araya gǝlǝn nümayişçilǝr Misirin Baş konsulluğu qarşısında öz etirazlarını bildiriblǝr. Onlara türklǝr dǝ dǝstǝk verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr