250 kiloluq bomba Almaniyanın 31 min adamını yerindən edib

Almaniyanın şimalındakı Hannover şəhərində partlamamış bir bombanın tapılması 31 min adamın müvəqqəti olaraq yerindən didərgin düşməsinə səbəb olub.

281032
250 kiloluq bomba Almaniyanın 31 min adamını yerindən edib

  250 kiloluq bomba əvvəllər lisey kimi istifadə edilən bir binanın inşaat meydanında çalışma zamanı ortaya çıxıb və o saat ətrafdakı binaların boşaldılmasına başlanılıb.

  İkinci Dünya Müharibəsindən 70 il keçməsinə baxmayaraq, Almaniyada hər il onlarla belə partlamamış bomba tapılır.

  Xatırladaq ki, Hannover 1941-1945-ci illərdə müttəfiq qüvvələr tərəfindən ən çox bombalanan şəhərlərdən biri olub. Təkcə, 1943-ci ildə bir bombardman zamanı Hannoferə 261 min bomba atılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr