Filippində fabriklərdən birində yanğın baş verib

Hadisə nəticəsində 72 nəfər həyatını itirib

275496
Filippində fabriklərdən birində yanğın baş verib

Hadisə nəticəsində 72 nəfər həyatını itirib.
Filippində fabriklərdən birində baş verən yanğında, 72 nəfər həyatını itirib. Hadisəyə səbəb fabrikdəki maşınlardan sıçrayan qığılcımlar olub. Yanğının qarşısı alındıqdan sonra, xilasetmə qrupları və polislər yerlə yeksan olan binanın dağıntıları altından onlarla cəsəd çıxarıb.
Faciə qurbanlarının şəxsiyyətləri müəyyən edilir. Bu arada yanğın Filippindəki iş şərtləri və təhlükəsizlik tədbirlərinə növbəti dəfə diqqət çəkib.
Yanğında ölənlərin yaxınları ikinci mərtəbədə qalan işçilərin pəncərələrdəki dəmir barmaqlıqlara görə xilas ola bilmədiklərini bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr