Yəməndə qarşıdurmalar davam edir.

Yəməndə mayın 11-də qüvvəyə minən 5 günlük atəşkəs razılaşması yenə pozulub.

274275
Yəməndə qarşıdurmalar davam edir.

Taiz şəhərinin əl-Hasab və əl-Murur məhəllələrində prezident Abdurabbu Mansur Hadi tərəfdarı müqavimət qüvvələri ilə siə Hüsilər arasında qarşıdurmalar baş verib. Şəhərin şimalındakı es-Sattin prospektində isə partlayışlar olub.
Qeyd edək ki, Hüsilər atəşkəs razılaşmasının başlamasından 1 saat sonra Dali şəhərindəki bir məhəlləyi atəşə tutub. Cevf şəhərində isə qəbilələr ilə Hüsilər arasında qarşıdurmalar olub.
Yerli mətbuatın məlumatına görə, Hüsilər, müqavimət qüvvələrinin nəzarətində olan yerləri ələ keçirmək istəyirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr