İspaniyadan, 1915 hadisələriylə əlaqədar qәrar

İspaniya Senatı, qondarma erməni iddialarını müdafiə edən təklifi geri qaytarıb.

273736
İspaniyadan, 1915 hadisələriylə əlaqədar qәrar

İspaniya Senatı, qondarma erməni iddialarını müdafiə edən təklifi geri qaytarıb.
Təklif, senatda edilən səs vermədə 130 mәnfi , 68 "bitərəf" və 14 müsbәt səslə rədd edilib.
İspaniyada iqtidarda olan vә səsvermədə təklifi  rәdd edәn Xalq partiyası mәnsubu bir senator danışıqların aparıldığı iclasda, tarixçi və ya məhkəmə işini üzәrlәrinә götürmüyәcәklәrini ifadә edәrәk, “Bu iddiaları 22 ölkənin tanıdığını irәli sürürsünüz. Mən də sizә deyirәm ki, 168 ölkə tanımadı. Buna cavabınız nә olacaq?. Soyqırım çox asanlıqla sәslәndirilәcәk bir söz deyil. Tarixi və hüquqi bir məsələdir" deyә senator vurğulayıb.
Digər tərəfdən Türkiyənin Madrid səfiri Ömər Önhon qәrarla bağlı verdiyi açıqlamada İspaniyanın mövzuya yanaşması, Avropa İttifaqına üzv digәr ölkәlәr üçün nümunə tәşkil etmәlidir deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr