"Dənizdə xilas olunan heç bir mühaciri geri göndərmǝyəcəyik"

Avropa İttifaqının Xarici İşlər üzrə ali nümayəndəsi Federika Mogerini, Aralıq dənizində immiqrant faciələrinin qarşısının alınması üçün mübarizəni davam etdirəcəklərini bildirib.

271019
"Dənizdə xilas olunan heç bir mühaciri geri göndərmǝyəcəyik"

Avropa İttifaqının Xarici İşlər üzrə ali nümayəndəsi Federika Mogerini, Aralıq dənizində immiqrant faciələrinin qarşısının alınması üçün həm xilasetmə işlərini, həm də qaçaqçılıqla məşqul olan təşkilatlarla mübarizəni gücləndirəcəklərini bildirib.
Avropa İttifaqı nümayəndəsi “Dənizdə xilas olunan heç bir mühaciri geri göndərmǝyəcəyik” deyə qeyd edib.
Mogerini, bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının toplantısında üzv ölkələrdən dəstək istəyib.
Qeyri-leqal mühacirlərin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dəstəyinə ehtiyac olduğunu vurğulayan nümayəndə mühacirlǝrin yalnız Avropa İttifaqının deyil bütün beynəlxalq cəmiyyətin problemi olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr