Analar günündə, analar etiraz yürüyüşünə çıxıb

Mexikoda keçirilən yürüyüşdə, uşaqların axtarıb tapılması tələb edilib

269704
Analar günündə, analar etiraz yürüyüşünə çıxıb

Analar Günündə Meksikada itkin düşən uşaqların anaları etiraz yürüyüşünə çıxıb. Analar, paytaxt Mexikoda keçirdikləri yürüyüşdə, uşaqlarının axtarıb tapılmasını tələb edib. Etirazçılar səlahiyyətlilərə vəzifələrini yerinə yetirmələri üçün çağırış edib.
Xatırladaq ki, illərdir narkotik qaçaqçıları və şiddətlə üzləşən Meksikada, sentyabr ayında, etiraz keçirən 43 tələbə polisin zorakılığı ilə qarşılaşıb. Polis qüvvələri onları avtomobillərə mindirərək naməlum istiqamətə aparıblar.
Ölkədə aylardır, tələbələrin başına gələnlərin işıqlandırılması və günahkarların, cəzalandırılması üçün etirazlar təşkil edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr