Suriyada "etibarlı bölgə" yaradılır
ABŞ, Suriyada “etibarlı bölgə” yaradılmasını müzakirə edir.
ABŞ, Suriyada “etibarlı bölgə” yaradılmasını müzakirə edir.
Mövzu, ABŞ Müdafiə Nazirliyinin 2016-ci ilin büdcəsi ilə əlaqədar Komitəsində gündəmə gətirilib.
Müdafiə naziri Eşton Karter, “etibarlı bölgə”lərin təhlükəsizliyinin təmin edilməsi məsələsinin çətinlik yaratdığına diqqət çəkib.
Nazir “Əvvəl belə bir bölgə yaratmaq, sonra isə onu əldə tutmaq üçün mübarizə aparmaq lazımdır” deyə bildirib.
Baş qərargah Rəisi Martin Dempsey isə, Mərkəzi Qüvvətlər Komandirliyi, Avropa Komandanlığı və Türk həmkarlarıyla, bir müddətdir bu barədə müzakirə apardıqlarını xatırladıb.
“Hərbi baxımdan bunu edə bilərik” deyə bildirən Dempsey, çox ciddi bir siyasət tələb edən bu vəziyyətin, əlavə xərcə yol açacağını vurğulayıb.
Bu arada, BMT Təhlükəsizlik Şurası, bu günki konfransında Suriyada rejimin xlor qazından istifadə etdiyi iddiaları müzakirə olunacaq.
Әlaqәli Xәbәrlәr
“Bir sıra Aİ ölkəsinin Fələstini rəsmən tanımasını gözləyirik”, C.Borell
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə ...