Burundidə etirazlar davam edir

Pyer Nukurunzizanın üçüncü dəfə prezident olmaq istəyi ciddi etirazlarla qarşılanıb.

263477
Burundidə etirazlar davam edir

Qarşıdurmalarda 13 nəfər həyatını itirib, bir çox adam nəzarətə alınıb
Burundidə prezident Pyer Nukurunzizanın üçüncü dəfə prezident olmaq istəyi ciddi etirazlarla qarşılanıb.
İki həftədir davam edən etirazlar nəticəsində polis ilə aksiyaçılar arasında qarşıdurmalar baş verir. Nəticədə 13 nəfər həyatını itirib, bir çox adam nəzarətə alınıb.
Dialoq çağırışı edən hökumət, həbs olunan aktivistlərin sərbəst buraxılacaqlarını açıqlayıb.
Müxaliflərin müraciəti ilə toplanan Konstitusiya Məhkəməsi isə, Nukurunzizanın 3-cü dəfə prezidentliyə namizəd olmasının, konstitusiyaya zidd olmadığını açıqlayıb.
Bu qərarın, gərginliyi daha da artıracağı ehtimal edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr