Beynǝlxalq Әfv Tǝşkilatının hesabatı
Hǝlǝb şǝhǝrinǝ yönǝldilmiş bombardmanlar 2014-cü il yanvar ayı ilǝ cari ilin mart ayına qǝdǝr olan dövrdǝ üç mindǝn artıq sakinin hǝlakına sǝbǝb olub.
Suriya rejiminin çǝllǝk (barrel) bombaları ilǝ Hǝlǝb şǝhǝrinǝ yönǝldilmiş bombardmanı 2014-cü il yanvar ayı ilǝ cari ilin mart ayına qǝdǝr olan dövrdǝ üç mindǝn artıq sakinin hǝlakına sǝbǝb olub.
Beynǝlxalq Әfv Tǝşkilatının yayımladığı “Ölüm hǝr yerdǝ:Hǝlǝbdǝ hǝrb günahları vǝ insan haqlarının tapdalanması” başlıqlı hesabata ǝsasǝn Suriya hökumǝtinǝ sadiq qüvvǝlǝr çǝllǝk (barrel) bombaları vǝ digǝr partlayıcılarla şǝhǝrdǝ dinc ǝhalinin sıx yaşadığı bölgǝlǝrǝ hücum edǝrǝk beynǝlxalq insan haqlarını tapdalayıb.
Hava hücumları xüsusilǝ müxalifǝt qüvvǝlǝrinin nǝzarǝtindǝ olan bölgǝlǝrǝ edilib.
Hǝlǝbdǝki dinc ǝhali isǝ çǝllǝk bombaları ilǝ edilǝn hücumların zǝrǝrindǝn xilas olmaq mǝqsǝdi ilǝ “yer altı”na sığınıb.
Beynǝlxalq Әfv Tǝşkilatı Orta Şǝrq vǝ Şimali Afrika proqramı direktoru Filip Luther Suriyadakı vǝziyyǝtǝ Beynǝlxalq Cinayǝt Mǝhkǝmǝsindǝ baxılmasının vacibliyini dilǝ gǝtirib.
Әlaqәli Xәbәrlәr
![Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir](http://cdn.trt.net.tr/images/medium/rectangle/f927/6685/c0fc/667169b65a2a6.jpg?time=1718756703)
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...