İsraildə irqçilik, Afrika mənşəli yəhudilərə də mənfi təsir edir

Efiopiya mənşəli yəhudilər, polisin zorakılığından şikayət edərək onların həbs olunmasını istəyirlər

260427
İsraildə irqçilik, Afrika mənşəli yəhudilərə də mənfi təsir edir

İsraildə, irqçilik, yalnız fələstinlilərə deyil, Afrika mənşəli yəhudilərə də mənfi təsir edir.
Efiopiya mənşəli bir əsgərin keçən həftə İsrail polisi tərəfindən döyülməsinə etiraz edən minlərlə yəhudiyə təhlükəsizlik qüvvələri tərəfindən güc tətbiq edilib. Baş verən qarşıdurmada 23-ü polis olmaqla 30 nəfər yaralanıb. Bərabərlik tələb edən Efiopiya mənşəli yəhudilər, polisin zorakılığından şikayət edərək onların həbs olunmasını istəyirlər.
Etirazlardan sonra geri addım atan Baş nazir Benyamin Netanyahu isə döyülən əsgər və Efiopiyalı Yəhudi nümayəndələrlə görüşəcəyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr