Nepaldakı zəlzələ acı bir gerçəyi üzə çıxardı

Bu həqiqət ondan ibarətdir ki, yoxsul qadınlar başqa ölkələrdən gələn insanlara daşıyıcı   analıq edir.

253441
Nepaldakı zəlzələ acı bir gerçəyi üzə çıxardı

  İsrail zəlzələdən sonra daşıyıcı anadan olan 8 körpəni Nepaldan götürüb.

  İsraildə qanunlar icazə vermədiyi üçün homoseksual cütlər öz ölkələrində deyil, xaricdən övladlığa götürmə yolunu seçir. Nepal qanunları isə, əksinə, ölkə sərhədləri daxilində daşıyıcı analığa icazə verir. Bu daşıyıcı analar əsasən hindli yoxsul qadınlar olur.

  İsrailli səlahiyyətlilər bildirib ki, “Hələ də Nepalda israilli uşaqsız adamlarla razılaşmış 80-ə qədər hamilə hindli daşıyıcı ana var.

  Qeyd edək ki, zəlzələdən sonra keçən həftə israillilərə verilmək üçün doğulan 25 körpədən 5-i hərbi təyyarələrlə İsrailə aparılıb.

  İsrail Xarici İşlər Nazirliyi digər 20 körpəni də israilli yeni valideynləriylə birlikdə ən qısa müddətdə almağı planlaşdırır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr