Türklǝrin etiraz yürüşü

Avstriya parlamentindǝ qondarma ermǝni soyqırımının tanınması qǝrarı ölkǝdǝ yaşayan minlǝrlǝ Türkün etirazına sǝbǝb olub.

249065
Türklǝrin etiraz yürüşü

Avstriya parlamentindǝ qondarma ermǝni soyqırımının tanınması qǝrarı ölkǝdǝ yaşayan minlǝrlǝ Türkün etirazına sǝbǝb olub.
Vyanada bir araya gǝlǝn 15 min Türk “Hǝqiqǝt yürüşü” keçirib.
Yürüşdǝ 1100 polis ǝmǝkdaşı tǝhlükǝsizliyi tǝmin edib.
Vyanadakı Türk dǝrnǝklǝrinin ortaq qǝrarı ilǝ keçirilǝn yürüşdǝ minlǝrlǝ insan tarixi mövzuların siyasilǝşdirilmǝsinǝ etiraz edib.
Türk bayraqları qaldıran qrup Avstriya parlamentini 1915-ci il hadisǝlǝrini tarixşünaslara tapşırmağa çağırıb.
Yürüşǝ Türk icması ilǝ yanaşı başqa qrupların da qatıldığı müşahidǝ edilib.
Qeyd edǝk ki, Avstriya parlamentindǝ qondarma ermǝni soyqırımının tanınmasının ardından Türk dǝrnǝklǝri bǝyanat yayaraq vǝ qǝzetlǝrǝ elanlar verǝrǝk qǝrara etirazlarını bildiriblǝr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr