New Yorkdakı "Times" Meydanında nümayiş keçirilib

Nümayişdə “Barış” və “gələcək 100 il üçün” şüarları səslənib

245386
New Yorkdakı "Times" Meydanında nümayiş keçirilib

"Turks Platform" tərəfindən New Yorkdakı məşhur “Times” Meydanında, 1915-ci il hadisələrinin 100-cü il dönümü ilə əlaqədar 250 amerikalı rəqqasın iştirtak etdiyi nümayiş keçirilib. “Barış” və “gələcək 100 il üçün” yazılı köynəklər geyən rəqqaslar, musiqi sədaları altında rəqs ediblər. Nümayişin sonunda nəhəng Türk bayrağı dalğalandırılıb. Təşkilatla əlaqədar məlumat verən “Turkic Platform” səlahiyyətlisi Ayhan Özmekik, “4 il davam edən 1-ci Dünya Müharibəsində 37 milyon insan həyatını itirib. Onların içərisində müxtəlif millətlər var. Bu nümayişlə biz, Erməni diasporunun əsassız iddiaları və qaralama kampaniyalarına qarşı Amerika cəmiyyətinə sülh mesajı verdik” deyə vurğulayıb. Qeyd edək ki, qrup, 24 apreldə Vaşinqtonda keçiriləcək “Böyük Sülh və Həmrəylik yürüyüşü” çərçivəsində eyni nümayişi sərgiləyəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr