Liviya danışıqları təxirə salınıb

Liviyada bir müddətdir yaşanan siyasi qalmaqalları sona çatdırmaq üçün Mərakeşdə həyata keçirilən danışıqlar təxirə salınıb.

238973
Liviya danışıqları təxirə salınıb

Liviyada bir müddətdir yaşanan siyasi qalmaqalları sona çatdırmaq üçün Mərakeşdə həyata keçirilən danışıqlar təxirə salınıb. Tripolidə yerləşən Milli Konqres heyətinin nümayəndəsi Saleh əl Mahzum, hökümət qüvvələrinə məxsus döyüş təyyarələrinin Tripoli hava limanına təşkil etdiyi hücumdan sonra danışıqları təxirə saldıqlarını bildirib. Bundan başqa, Tripoli ətrafında qarşıdurmaların baş verdiyi və bəzi neft quyularına hücumların təşkil olunması xəbəri də yayılıb. Qeyd edək ki, 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən sonra, Liviyada siyasi qarşıdurmalar davam edir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr