Almaniyadan peşmәrgәyә silah yardımı

Almaniyanın, peşmergeyә silah-sursat yardımı davam edir.

234440
Almaniyadan peşmәrgәyә silah yardımı

Almaniya, peşmergeyә silah-sursat yardımı etmәkdә davam edir.
Berlin rəhbərliyi, cari ayın sonuna dәk, Peşmәrgә qüvvәlәrә yeni silahlar göndərəcək.
Almaniya xarici işlər nazirinin müavini Markus Grübel, rəsmi sәfәrdә olduğu Әrbildə İraq Kürd Regional Rəhbərliyinin Kəşfiyyat Təşkilatı müşaviri məsrur Bərzani ilə görüşüb.
Kürdüstan Demokrat Partiyası görüşdәn sonra verdiyi açıqlamada bildirib ki, Almaniyanın Peşmәrgә qüvvәlәrә göndәrәcәyi yeni silahların tәrkibindә milan anti-tanklar, mina tәmizlәmә cihazları və partlayıcı maddələr dә yer aralacaq.
Qeyd edәk ki, DEAŞ-a qarşı mübarizədə istifadə edilmәk üzrә daha əvvəl dә kürd rəhbərliyinə silah və sursat yardımı edən Almaniyanın Bavariya Əyalətində 30 peşmәrgә hәrbi tәlim keçib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr