Almaniyada Türk nazirə təhdidlər

Almaniya koalisiya hökumətinin Miqrasiya, Uyğunlaşma və Qaçqınlar üzrə türk mənşəli naziri Aydan Özoğuz son zamanlar onlarla ölüm təhdidi alır.

234881
Almaniyada Türk nazirə təhdidlər

  Bu barədə Sosial Demokrat Partiyasının üzvü A.Özoğuz Almaniyanın “Welt am Sonntag” qəzetinə verdiyi müsahibədə bildirib və hər gün telefon, məktub və ya sosial media üzərindən "Sənin yerin dar ağacıdır", "Müsəlmanlar, ölkəni dərhal tərk edin" kimi ölüm təhdidləri və təhqir dolu mesajlar aldığını söyləyib.

  Özoğuz "İctimai media üzərindən edilən təhdidlərlə bağlı Facebooka etdiyimiz müraciətə hələ cavab ala bilməmişik. Bu cür təhdidlər mənim qədər Berlindəki digər soydaşlarıma da edilir” deyib.

  Nazir Aydan Özoğuz yazılı təhdidləri polisə çatdırdıqlarını, ancaq hələ hər hansı bir əməliyyat, yəni nəticə olmadığını bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr