İstifadəçilər Facebook-u məhkəməyə verib

25 min istifadəçi Vyana məhkəməsinə Facebook sosial şəbəkəsinə qarşı kollektiv iddia ilə müraciət edib.

233185
İstifadəçilər Facebook-u məhkəməyə verib

25 min istifadəçi Vyana məhkəməsinə Facebook sosial şəbəkəsinə qarşı kollektiv iddia ilə müraciət edib.

Onlar sosial şəbəkəni məxfilik barədə, şəxsi məlumatların qeyri-qanuni toplanması və ötürülməsində Avropa qanunlarını pozmaqda ittiham edirlər. Əgər məhkəmə işini avstriyalı tələbə və hüquq müdafiəçisi Maks Şerems başda olmaqla iddiaçılar qazansa, Facebook sosial şəbəkəsi onların hər birinə 500 avro, ümumilikdə isə 12,5 milyon avro həcmində kompensasiya ödəməli olacaq.

İddia ABŞ və Kanada xaricindəki istifadəçilərin akkauntlarının qeydiyyata alındığı Facebook sosial şəbəkəsinin Dublindəki Avropa mənzil qərərgahına qarşı qaldırılıb. İddiaçıların fikrincə, şirkət ABŞ Milli təhlükəsizlik Agentliyinin 2007-ci ildə hazırladığı Prism izləmə sistemi ilə əməkdaşlıq edib.

Facebook kompaniyasının hüquqşünasları isə öz növbəsində iddiaya Avstriya qanunları çərçivəsində baxılmasının yanlış olduğunu sübut etmək niyyətindədirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr