Nigeriyada Boko Haram ilə mübarizə

7300 nəfərdən çox vətəndaş həlak olub

230557
Nigeriyada Boko Haram ilə mübarizə

Nigeriyada Boko Haram ilə mübarizə
Nigeriya ordusu, Borno Əyalətindəki Alaqarson bölgəsini Boko Haramın əlindən aldı.
Ordunun mətbuat xidməti katibi Sani Usman, hava və quru qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlarla bölgənin terroristlərin əlindən təmamilə təmizləndiyini söylədi.
Düşərgədə terrorçular tərəfindən istifadə edilən kompüter və silahlara da əl qoyulduğunu ifadə edən Usman, əməliyyatda ölən və yaralanan olub olmadığıyla bağlı hər hansı bir məlumat vermədi.
BMT-nin verdiyi xəbərə görə isə, Nigeriyada terror təşkilatı Boko Haram tərəfindən təşkil olan hücumlarda keçən ildən bu yana 7300 nəfərdən çox vətəndaş həlak olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr