"Krım-tatar media orqanlarının bağlanmasını qətiyyətlə pisləyiri

ABŞ Krım tatarlarının media orqanlarının bağlanmasına reaksiya göstǝrib.

223714
"Krım-tatar media orqanlarının bağlanmasını qətiyyətlə pisləyiri

ABŞ Krım tatarlarına məxsus kütləvi informasiya vasitələrinin bağlanmasını sərt şəkildə qınayıb.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bu barədə bəyanatla çıxış edǝrǝk deyib ki, biz Rusiya tərəfindən bir çox “Krım-tatar media orqanlarının bağlanmasını qətiyyətlə pisləyirik.”
“Krımda söz azadlığına qarşı görülən tədbirlərin davamı olan bu addımlar bir ildir davam edən və Krım-tatar xalqını, Rusiyanın qanunsuz ilhaqına qarşı çıxan digər şəxsləri susdurmağa yönəlmiş kampaniyanın nəticəsidir”-deyǝ Mari Harf vurğulayıb.
Bəyanatda o da qeyd edilib ki, tatarlar ayrı-seçkilik, təqib və hədə-qorxulara məruz qalırlar. ABŞ bağlanan KİV orqanlarının dərhal açılmasını tələb edir. Krım Ukraynanın ayrılmaz hissəsidir vǝ ABŞ Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdə davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr