Qazaxıstanda namizǝdlǝrin qeydiyyat işlǝri

Qazaxıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində namizədlərin qeydiyyatının yekunları barədə açıqlama verib.

283333
Qazaxıstanda namizǝdlǝrin qeydiyyat işlǝri

Qazaxıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində namizədlərin qeydiyyatının yekunları barədə açıqlama verib.
Seçki prosesi çǝrçǝvisindǝ martın 15-də prezidentliyə namizədlərin irəli sürülməsi, martın 25-də isə qeydə alınması başa çatıb.
Qeyd edǝk ki, ölkə prezidentliyinə 27 namizəd irəli sürülüb. Namizǝlǝrin arasında iki qadın var. Onların orta yaş həddi 54,2 təşkil edib. Bir neçə şəxs könüllü olaraq namizədliyini geri götürüb, bəziləri isə dövlət dili imtahanından keçə bilməyib. Sonda yalnız üç namizəd qeydə alınıb.
Onlar "Nur Otan" partiyasından Nursultan Nazarbayev, Qazaxıstan Milli Кommunist Partiyasından Turqun Sızdıkov və namizədliyini özü irəli sürmüş Abelqazı Kusainov.
Ölkǝdǝ artıq təbliğat və təşviqat kampaniyası da başlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr