Fransada qәzaya uğrayan tәyyarәnin qara qutusu tapılıb

«Airbus A320» sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu” aşkarlanıb.

280209
Fransada  qәzaya uğrayan tәyyarәnin qara qutusu tapılıb

Fransanın cənubunda «Airbus A320» sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu” aşkarlanıb.

Fransa Daxili İşlər naziri Bernard Cazeneuve, dağıntının olduğu bölgəyə gedib. Təyyarədə 144 sərnişin və 6 ekipaj üzvünün olduğunu təsdiqləyən Cazeneuve, axtarış işlərinə 300 xilasedicinin, 10 helikopter və 1 hərbi təyyarənin cəlb edildiyini bildirib.

Xatırladaq ki, Fransa prezidenti Fransua Hollande, qəzada ölənlərin arasında Türkiyəli sərnişinlərində olduğunu bildirmişdi. Lakin Xarici işlər naziri Mevlüt Çavuşoğlu, qəzada yalnız bir Türk soydaşımızın həlak olduğunu açıqlayıb.

Germanwings şirkətinin mətbuat katibi, qəza səbəbinin araşdırıldığını, qəza zamanı hava şəraitinin normal olduğunu bildirib.

Mütəxəssislər qazanın texniki səbəbdən baş verdiyini ehtimal edir.

Təyyarədə 67 Alman və 45 İspan vətəndaşı olduğu bildirilir.

Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və İspaniyanın Baş naziri Mariano Raxoy А320 təyyarəsinin qəzaya uğradığı yerə baş çəkəcəklər.

İspaniyada üçgünlük matəm elan edib. Qəza qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama, qəzada ölənlərin ailə üzvərinə baş sağlığı verib və Vaşinqtonun əlindən gələn yardını göstərməyə hazır olduğunu geyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr