Bardo muzeyinә hücum ilә bağlı 20 nәfәr hәbs olunub

“Bardo” muzeyində törədilmiş terror aktı ilə əlaqədə şübhəli bilinən 20-dən çox insanı həbs edib.

277054
Bardo muzeyinә hücum ilә bağlı 20 nәfәr  hәbs olunub

Tunisin hakimiyyət orqanları “Bardo” muzeyində törədilmiş terror aktı ilə əlaqədə şübhəli bilinən 20-dən çox insanı həbs edib.

Tunis Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs olunanların 10 nəfəri terror aktında bilavasitə iştirak edən şəxslərdir.
Son məlumatlara əsasən, terrorçuların “Bardo” muzey kompleksinə hücumu nəticəsində 24 nəfər ölüb, 40-dan çox turist yaralanıb.
Bu arada Tunisdə həlak olan 4 İtaliya vətəndaşının cəsədi Romaya gətirilib. Hava limanında keçirilən matəm mərasimində İtaliyanın Baş naziri Matteo Rentsi iştirak edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr