Muzeyə hücum edənlərin adları açıqlanıb

Tunisdə 23 nəfərin ölümü ilǝ nəticələnən Milli Bardo Muzeyində baş verən terror aktını DEAŞ təşkilatı öz üzərinə götürüb.

273059
Muzeyə hücum edənlərin adları açıqlanıb

Tunisdə 23 nəfərin ölümü ilǝ nəticələnən Milli Bardo Muzeyində baş verən terror aktını DEAŞ təşkilatı öz üzərinə götürüb.
Terorçuların Əbu Zəkəriyyə et-Tunis və Əbu Ənəs et-Tunis olduğu bildirilir.
Tunisin Baş naziri Habib es-Sayd baş vermiş terror aktıyla əlaqədar fövqalada iclas keçirib.

Sayd, terrorçuların üzərlərindəki bombaları partlatmağa imkan verilmədən zərərsizlǝşdirildiklərini bildirib.
Terror aktı nəticəsində həyatını itirən 20 turist arasındakı 2 nəfər İspanya vətəndaşı üçün Barcelonada iki günlük matəm elan edilib, sağ qalan diqər 2 nəfər üçün isə İspaniya hökuməti vətənə qayıtmaları üçün Tunisə təyyarə göndərib.
İspaniya Xarici İşlər Nazirliyi, ölkə vətəndaşlarına Tunis, Əlcəzair və Liviyaya səyahət etməmələrini tövsiyə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr