Lufthansa pilotlarının tǝtil qǝrarı davam edir

Almaniya hava yolu şirkǝti Lufthansada pilotların ayın 18-dǝ başlayan tǝtili bu gün dǝ davam edir.

273584
Lufthansa pilotlarının tǝtil qǝrarı davam edir

Almaniya hava yolu şirkǝti Lufthansada pilotların ayın 18-dǝ başlayan tǝtili bu gün dǝ davam edir.
Pilotların hǝmkarlar ittifaqı “Cockpit” tǝrǝfindǝn verilǝn açıqlamada, saat 00.01 ilǝ 23.59 arasında qüvvǝdǝ olacaq tǝtil qǝrarı Almaniya miqyasında yaxın və orta məsafəli uçuşlar planında hǝyata keçirilǝcǝk.
“Germanwings” və “Eurowings” törəmə şirkətləri isə etirazda iştirak etmədiklərindən onların uçuşlarında heç bir problem yaranmayıb.
Qeyd edək ki, martın 18-də başlayan tətilə görə təxminən 750 aviarǝys təxirə salınıb. Başqa sözlə, “Lufthansa”nın bütün Almaniya üzrə həyata keçirdiyi yaxın və orta məsafəli uçuşlar təxirə salınıb.
Hǝmkarlar ittifaqı ilǝ şirkǝt rǝhbǝrliyi arasındakı müzakirǝlǝrdǝ, 5 400 pilotun tǝqaüdǝ çıxma yaşında razılıq ǝldǝ edilǝ bilmir. Lufthansa, pilotlarda ǝn erkǝn tǝqaüdǝ çıxma yaşını 55-dǝn 60-a vǝ vǝzifǝdǝn ayrılma yaşını isǝ 58-dǝn 61-ǝ qaldırmaq istǝyir. Pilotlar son bir ildǝ 11 dǝfǝ tǝtilǝ çıxıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr