Xarici ölkә vәtәndaşları DAİŞ-ә qatılmaqda davam edirlәr

Tayrod Nitin Vebstir Pagın Suriyada DAİŞ tərkibinə daxil olmağa çalışarkən saxlanıldığı bildirilir.

271075
Xarici ölkә vәtәndaşları DAİŞ-ә  qatılmaqda davam edirlәr

Amerika ordusu mənsublu Tayrod Nitin Vebstir Pagın Suriyada DAİŞ tərkibinə daxil olmağa çalışarkən saxlanıldığı bildirilir.

Amerika Hava qüvvələrinin təmir bölməsində çalışdığı bildirilən 47 yaşlı Vebster Pag, təşkilatı silah sursatla təmin etməklə günahlandırılır.

Paq, Yanvar ayında Suriyaya getmək üçün Misirdən Türkiyəyə gəldiyi vaxt hava limanında saxlanılaraq Misirə göndərilmişdi.

Üzərində yaddaş kartları və bir ədəd dizüstü kompüter aşkarlanan Pag, Misirdən Amerika Birləşmiş Ştatalarına qaytarılıb.

Araşdırmağa göndərilən kompüterdən, DAİŞ lə bağlı məlumatlar, Türkiyə ilə Suriya arasındakı keçid nöqtələrini göstərən sxemlər və girovların öldürülməsilə bağlı görüntülər aşkarlanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr