Pakistanda 12 məhkum edam edilib

Daxili İşlər Nazirliyindən edilən şərhdə bildirilib ki,

267355
Pakistanda 12 məhkum edam edilib

  “12 adam cəzalarını çəkdikləri Karaçi, Multan, Faysalabad, Gujranvala, Jhang, Ravalpindi və Mianvali şəhərlərindəki həbsxanalarda edam ediliblər”.

  Nazirlik keçən həftə 2008-ci il tarixli moratoryumun dayandırıldığı, əfv tələbinin prezident tərəfindən rədd edildiyi, məhkumların edam cəzalarının həyata keçiriləcəyini açıqlanmışdı.

  Qərara səbəb talibançıların dekabr ayında bir məktəbə etdikləri hücum və 150 adamın ölümü ilə bağlıdır.

  Qeyd edək ki, Pakistandakı həbsxanalarda müxtəlif cinayətlərdən edam cəzasına məhkum təxminən 8 min adam var.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr