Avropa  ittifaqından Rusiyaya şəffaflıq çağırışı

Avropa Parlamenti,Boris Nemtsov cinayəti ilə əlaqədar "şəffaf istintaq" aparılmasını istәyib.

259466
Avropa  ittifaqından Rusiyaya şəffaflıq çağırışı

Avropa Parlamenti, Rusiyaya müraciәt edәrәk, müxalif lider Boris Nemtsov cinayəti ilə əlaqədar "şəffaf istintaq" aparılmasını istәyib.
Avropa Parlamenti, Strasbourqda baş tutan iclasda, Moskvada törәdilәn Nemtsov cinayəti ilә bağlı müzakirәlәr aparıb.

Avropa Xarici İşlər Və Təhlükəsizlik Təşkilatının Yüksək Nümayəndəsi Federica Mogherini, Rus hökumətindən tәlәb edib ki, müxalifətə təzyiqdәn imtina etsin.
Parlament, siyasi qruplar tərəfindən mövzu ilə bağlı hazırlanacaq ortaq qərar layihəni isә ümumi iclasda sәsә qoyacaq.
Qeyd edәk ki, Boris Nemtsov, ötәn ay, Moskvada Kreml Sarayının yaxınında hәyyata keçirilәn sui-qәsd nәticәsindә hәyatını itirib.
90-cı illərdə, Əyalət qubernatoru, Enerji Nazirliyi və Baş nazir müavini kimi vəzifələrdə olan Nemtsov, son illərdə Putin əleyhdarı aksiyalara güclü dәstәk verirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr