Fransada Quran və İslam haqqında kitabların satışında böyük artı
Fransızların 66 faizi İslamın digər dinlər kimi sülh dini olduğunu deyib
Parisdə yanvar ayında həyata keçən və 17 nəfərin ölümünə səbəb olan terror hücumlarından sonra Fransada Quran və İslam haqqında kitabların satışında böyük artım olub.
Dini kitablar satan bir kitab evi “Anbarlardakı Quranlar da yüksək tələbat olduğundan satılıb qurtarıb” deyib.
Məşhur bir kitab evinin sahibi isə «İlk dəfə bu qədər Quran oxumaq istəyən oxucu kütləsiylə qarşı-qarşıya qalmışıq» bildirib.
Keçən ay bir anketdə fransızların 66 faizi İslamın digər dinlər kimi sülh dini olduğunu deyib, 84 faizi isə Fransanın İslama deyil, terrora qarşı döyüşdüyünü yazıblar.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb