2014 Dünya Müdafiə Ticarət Hesabatı açıqlanıb

Körfəz ölkələri ilə İran arasındakı gərginlik silah ticarətinə də damğasını vurub.

255429
2014 Dünya Müdafiə Ticarət Hesabatı  açıqlanıb

2014 Dünya Müdafiə Ticarət Hesabatı, silah lobbilərinin qlobal siyasəti necə istiqamәtlәndirdiklәrini daha bir dəfə göz önünə sərib.
Başda Səudiyyə Ərəbistanı olmaqla Körfəz ölkələri ilə İran arasındakı gərginlik silah ticarətinə də damğasını vurub.
Səudiyyə Ərəbistanı, ötәn il, bir əvvəlki ilin idxal rekordçusu Hindistanı belә geridә buraxaraq dünyanın ən böyük silah idxalçısı olub.
Səudiyyə Ərəbistanının, silah idxalı ötәn ilә görə 55 faiz artaraq 6 milyard 400 milyon dollara yüksəlib.
Dünyada ən çox silah idxal edən ölkələr siyahısında Səudiyyə Ərəbistanı və Hindistanın ardından Çin, 3-cü sırada, Türkiyә isә әn çox silah idxal edən ölkələr siyahısında 9-cu yerdә dayayır.
Belә ki, Çin, Rusiyadan hava hücumundan müdafiә silahları satın almaqda davam edir.
Amerika Birləşmiş Ştatları 24 milyard dollarla tək başına dünya silah ixracatının üçdə birini reallaşdırarkәn, bu ölkәni 10 milyard dollarlıq ixracat ilә Rusiya izlәyir. Silah ixracatını sürətlə artıran İsrail isə, siyahıda 7-ci sırada yer alır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr