Misirdǝ partlayış zamanı polis ǝmǝkdaşı hǝlak olub
Misirdǝ Nil deltasında Mahalletü’l-Kübra şǝhǝrindǝ partlayış baş verib.
251989
Misirdǝ Nil deltasında Mahalletü’l-Kübra şǝhǝrindǝ partlayış baş verib.
Hadisǝ zamanı bir polis ǝmǝkdaşı hǝlak olub, 20 nǝfǝr isǝ yaralanıb.
Hadisǝnin mǝsuliyyǝtini hǝlǝ dǝ üzǝrinǝ götürǝn olmayıb. Hadisǝylǝ ǝlaqǝdar araşdırmanın davam etdiyi bildirilib.
Digǝr tǝrǝfdǝn Misir hava qüvvǝlǝri, son iki gündǝ Şimali Sinada hǝyata keçirilǝn hava zǝrbǝlǝrindǝ Qahirǝ hökumǝtinin hakimiyyǝtinǝ son qoymaq istǝyǝn 25 silahlının öldürüldüyünü açıqlayıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.