Malidə silahlı hücum nəticəsində 5 nəfər həyatını itirib

Ölənlərdən birinin Fransa birinin isə Belçika vətəndaşları olduğu bildirilir

252444
Malidə silahlı hücum nəticəsində 5 nəfər həyatını itirib

Malinin paytaxtı Bamaqoda gecə saatlarında bir restorana edilən silahlı hücum nəticəsində 5 nəfər həyatını itirib.8 nəfər də yaralanıb.

Paytaxt Bamaqoda ümumilikdə əcnəbilərin getdiyi bölgədə yerləşən restorana girən silahlı şəxs atəş edib. Bölgəyə partlayıcı maddə də atıldığı bildirilib.
Ölənlərdən birinin Fransa Fransa birinin isə Belçika vətəndaşları olduğu bildirilir. Hadisədən sonra xəstəxanaya yerləşdirilən ancaq daha sonra ölən şəxsin isə, Avropa İttifaqı heyətinin təhlükəsizliyindən məsul işçi olduğu qeyd edilib.
Malili bir rəsmi hadisə ilə əlaqəsi olduğu bildirilən iki nəfərin həbs edildiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr