Dәrviş Әroğlundan Avropa parlamentinin qәrarına etiraz

Dәrviş Әroğlu Avropa parlamentinin Türkiyә ilә bağlı qәrarına etiraz edib.

243340
Dәrviş Әroğlundan Avropa  parlamentinin qәrarına etiraz

Şimali Qıbrıs Türk Cumhuriyyəti, Avropa Parlamentinin itkin düşən şəxslərlə bağlı Türkiyənin tənqid edilmәsini nәzәrdә tutan qәrarını etiraz ilә qarvşılayıb.
Belə ki Şimali Qıbrıs Türk Respublikası başçısı Dərviş Əroğlu həm qәbul edilәn qərara, həm də qərarla əlaqədar mətbuatda yer alan xəbərlərə yazılı olaraq öz etirazını bildirib.
Əroğlu açıqlamasında Avropa Parlamentinin 12 Fevralda keçirilən növbəti iclasında verilən qərara və bəzi kütləvi informasiya vasitələrində çıxan xəbərlərdə Şimali Qıbrısda itkin düşən şəxslər və Türkiyə Cumhuriyyəti ilə əlaqədar ictimaiyyəti yanıldacaq, məqsədli məlumatların olduğunu bildirib.
Prezident Əroğlu Avropa Parlamentinin qeyri-obyektiv bir düşüncə tərzi ilə qərar verdiyini qeyd edərək, əsasən qadın, ahıl və uşaqlardan ibarət 126 Qıbrıslı mülki vətəndaşın Rumlar tərəfindən öldürüldüyü Muratağa, Atlılar və Sandallar qırğınları və tamamilə mülki vәtəndaşlara qarşı həyata keçirilən Terazi-Tatlısu-Taşkent qətliamlarının heç bir zaman müzakirə edilmədiyini, verilən qərarın isə tərəfli və insanları yanıldacaq bir qərar olduğunu bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr