Amerika Birləşmiş Ştatlarında qatar qəzası baş verib

Kaliforniya ştatında qətar yuk maşını ilə toqquşub.

236830
Amerika Birləşmiş Ştatlarında qatar qəzası baş verib

Kaliforniya ştatında qətar yuk maşını ilə toqquşub.
Faciəvi qəza nəticəsində onlarla adam müxtəlif bədən xəsarətləri alıb.
Hadisə Los Ancelesin şimal-qərbində yerləşən Oksnard qəsəbəsində meydana gəlib. Los Anceles istiqamətində getməkdə olan qatar relslər üzərində dayanan yük maşınına toqquşub.
Toqquşmanın şiddətiylə qatara aid 3 vagon relsdən çıxaraq aşıb.
Xilasetmə qrupları təcili olaraq qəza yerinə gedib və yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, qəzaya səbəb olan sürücü, hadisə yerindən qacsa da tutularaq həbs edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr