"Merkel və Olland Ukraynanın bölünməsini qanuniləşdirdilər"

Amerikalı senator Con Makkeyn Donbas hövzəsində Rusiya qoşunları və separatçılarla qarşıdurmada Ukraynaya dəstək məsələsində qərarsızlıq nümayiş etdirən Ağ Ev administrasiyasını kəskin tənqid edib.

228600
"Merkel və Olland Ukraynanın bölünməsini qanuniləşdirdilər"

  Senator CBS telekanalında “Face the Nation” proqramında Ukraynaya dəstək göstərilməsinin vacib olduğunu dilə gətirib.
  “Mənə öz ölkəm üçün ayıbdır, mənə öz prezidentim üçün ayıbdır, mənə özüm üçün ayıbdır. Çünki bu insanlara kömək etmək üçün heç nə etmədik”, - senator Vaşinqtonun Ukrayna ilə bağlı siyasətindən danışarkən deyib.

  Makkeynin sözlərinə görə, Avropanın Fransa və Almaniya kimi güclü ölkələri Rusiya prezidenti Vladimir Putini dayandıra bilmədi: “Hesab edirəm ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukraynanın bölünməsini qanuniləşdirdilər. Bu biabırçılıqdır. Putin bunun üçün heç nə ödəmədi. Rusiya döyüşçüləri və separatçılarla mübarizədə kömək üçün Ukraynanı silahlandırmaq lazımdır. Ukraynalılar Vaşinqtondan Amerika qoşunlarının Ukraynaya göndərilməsini xahiş etmirlər, Rusiyaya qarşı durmaq üçün yalnız silah istəyirlər. Vladimir Putin istəyir ki, Ukrayna Avropanın bir hissəsi olmasın və bu hədəfində müvəffəqiyyət qazanır”.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr